"Dnepr"in baş məşqçisi Miron Markeviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la oyuna səfərə çıxmazdan öncə yerli KİV təmsilçilərinin suallarını cavablandırıb. Fanat.az xəbər verir ki, ukraynalı mütəxəssis "Qarabağ"ın pis komanda olmadığını bildirib.
- İndi Azərbaycan çempionu evdə oynayacaq. Yəqin ki, onlar hücum etməyə çalışacaqlar. Lakin bizim geriyə yolumuz yoxdu.
- Qalibin müəyyənləşməsində hansı amil həlledici olacaq?
- Öz oyunumuzu nümayiş etdirməliyik. Təəssüf ki, Avropa Liqasında istədiyimiz futbolu ortaya qoya bilmirik. Əsas budu. Komandamızın liderlərinin bacardıqları futbolu sərgiləməkləri vacibdi.
- Kiyev "Dinamo"sundan alınan məğlubiyyətdən sonra (0:3) komandada psixoloji durum hansı vəziyyətdədi?
- Əlbəttə, futbolçular bu məğlubiyyətə görə üzgündürlər. Lakin həmin oyunu unudub irəliyə baxmaq lazımdı. Nə çempionatda, nə də Avropa Liqasında heç bir şey itirilməyib. Sadəcə, ən yaxşı keyfiyyətlərimizi nümayiş etdirməliyik.
Fanat.az