Mario Balotelli ata olacağı barədə xəbərlərə münasibət bildirib. Fanat.az xəbər verir ki, italyalı futbolçu keçmiş sevgilisi Raffaella Fikonun ondan hamilə olması ilə bağlı iddiaları təkzib edib.
"Eurosport"a açıqlama verən Balotelli Fiko ilə münasibətlərinin aprel ayında bitdiyini bildirib. O, həmçinin problemin uşaq dünyaya gəldikdən sonra keçiriləcək DNT testi ilə həll olunacağına inandığını da deyib.
Fanat.az