Mançini: "Fatih Terim həqiqətən də əfsanədi"

Mançini: "Fatih Terim həqiqətən də əfsanədi"
"Fatih Terim burda həqiqətən də əfsanədi. Mən də ona böyük hörmət bəsləyirəm. Fikrimcə, Terim Avropanın ən yaxşı baş məşqçilərindən biridi. Futbol elə bir işdi ki, kimsə bir yerdə daim qalmır. Ona Türkiyə milli komandasında uğurlar arzulayıram". Fanat.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini deyib.
Çempionlar Liqası barədə fikir bildirən italyan mütəxəssis nikbin danışıblar: "Çempmonlar Liqasında əsla asan rəqib yoxdu. Yer aldığımız qrup həqiqətən çox çətindi. Ancaq bu qrupdan çıxa və daha üst mərhələlərə irəliləyə bilərik. 1/8 finala çıxacağımıza inanıram. Ümid edirəm ki, "Real"la oyunda yaxşı nəticəyə imza atacağıq. Sonra hər şey "Yuventus"la oynayacağımız matçdan aslı olacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər