Mahir Şükürov "Karşıyaka"dan niyə ayrılıb?

Mahir Şükürov "Karşıyaka"dan niyə ayrılıb?
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının noyabrın 4-dən Bakıda təlim-məşq toplanışı keçirilir. Toplanışa dəvət olunmuş futbolçulardan Mahir Şükürovun hazırlığa əvvəlcə noyabrın 10-da qatılacağı bildirilsə də, futbolçu bu gündən təlim-məşq toplanışında iştirak edir.
Şükürovun çıxış etdiyu "Karşıyaka" PTT 1-ci liqanın IX turu çərçivəsində "Adana Dəmirspor"u qəbul edəcək. Oyun noyabrın 9-da baş tutuacaq. Amma millimizin üzvü bu matçda iştirak etməyəcək.
Fanat.az xəbər verir ki, Mahirin klubun düşərgəsini "Adana Dəmirspor" matçını gözləmədən tərk etməsinin səbəbi müəyyənləşib. Belə ki, millimizin üzvü cəzalı duruma düşdüyündən bu qarşılaşmanı buraxacaq. Avqustun 31-də "Antalyaspor"a qarşı keçirdiyi debüt matçında sarı vərəqə alan futbolçumuz oktyabrın 19-u, 25-i və noyabrın 2-də "Qaziantep BB", "Manisaspor" və "Samsunspor"la ardıcıl 3 oyunda cəzalınıb. Bununla da sarı vərəqə limitini dolduran futbolçu "Adana Dəmirspor"a qarşı oynaya bilməyəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər