Mahir Şükürovun İzmir səfəri təxirə salınıb. Fanat.az xəbər verir ki, futbolçumuzun çıxış etdiyi "Karşıyaka" "Altınordu" ilə səfər oyunu üçün İzmirə yollanmayacaq.
Belə ki, bu şəhərdəki Atatürk stadionunun ot örtüyü hələ oynamaq üçün hazır vəziyyətdə olmadığından qarşılaşmanın Manisadakı "19 may" stadionunda keçilməsinə qərar verilib.
Qeyd edək ki, "Altınordu" - "Karşıyaka" matçı noyabrın 29-da keçiriləcək və Bakı vaxtı ilə saat 20.30-da başlayacaq.
Fanat.az