Kostasız İspaniya

Kostasız İspaniya

İspaniya yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Visente Del Boske Belarus və Almaniya ilə oyunlara 23 futbolçu çağırıb.

Del Boske "Çelsi"nin baş məşqçisi Joze Mourinyonun çağırışına müsbət cavab verərək mövsümün əvvəlindən zədələrlə mübarizə aparaq Dieqo Kostaya dəvət göndərməyib. Onunla yanaşı digər hədəli oyunçular - David Silva və Andres İnyesta da heyətdən kənarda qalıb.

"Napoli"nin heyətində əla mövsüm keçirən Jose Maria Kallejon karyerası ərzində ilk dəfə milli komandaya dəvət alıb. A Seriyasının bombardirlər yarışına başçılıq edən 27 yaşlı forvard 16 çempionat oyununda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

"Selta"da forma geyinən hücumçu Nolito və "Malaqa"nın yarımmüdafiəçisi İqnasio Kamaço da ilk dəfə yığmaya çağırılıb.

Qeyd edək ki, İspaniya noyabrın 15-də Belarusla seçmə mərhələ matçına çıxacaq, 3 gün sonra Almaniya ilə yoldaşlıq oyunu keçirəcək.

Qapıçılar: İker Kasilyas (Real), David de Gea (Mançester Yunayted, İngiltərə), Kiko Kasilya (Espanyol).

Müdafiəçilər: Cerard Pike, Mark Bartra, Yordi Alba (üçü də "Barselona"), Xuanfran (Atletiko), Serxio Ramos (Real), Xuan Bernat (Bavariya, Almaniya), Cesar Azpilikueta (Çelsi, İngiltərə), Raul Albiol (Napoli, İtaliya).

Yarımmüdafiəçilər: Koke, Raul Qarsiya (ikisi də "Atletiko"), Serxio Buskets (Barselona), İsko (Real), İqnasio Kamaço (Malaqa), Kesk Fabreqas (Çelsi, İngiltərə), Santi Kazorla (Arsenal, İngiltərə).

Hücumçular: Pedro Rodriges (Barselona), Pako Alkaker (Valensiya), Nolito (Selta), Jose Maria Kallejon (Napoli, İtaliya), Alvaro Morata (Yuventus, İtadiya).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər