Korrupsiyaya görə Hindistan olimpiadadan uzaqlaşdırıla bilər

Korrupsiyaya görə Hindistan olimpiadadan uzaqlaşdırıla bilər
Beynəlxalq Olimpiada Komitəsinin (BOK) prezidenti Tomas Bax bildirib ki, əgər hakimiyyət idmandan korrupsiyalaşmış məmurları məsuliyyətə cəlb etməsə, o zaman Hindistan qurumun bayrağı altında keçirilən yarışlara buraxılmayacaq. Fanat.az xəbər verir ki, bu tələbin yerinə yetirilməsi üçün BOK Hindistan hakimiyyətinə üç gün, dekabrın 10-dək vaxt verib.
 
Qurumu bildirib ki, əks halda Hindistan BOK-un təşkil etdiyi yarışlara buraxılmayacaq. Mənbənin xatırlamasına əsasən, bir il öncə hakimiyyət qurumun işinə müdaxilə etdiyi üçün Hindistanın Milli Olimpiada Komitəsi olimpiya yarışlarından uzaqlaşdırılmışdı.
 
Hindistan olimpiada komitəsinin məmurlarının adları  2010-cu ildə korrupsiyada hallanıb. 2011-ci ildə Əməkdaşlıq Oyunlarının keçirilməsinin məsulu Hindistan MOK icraiyyə komitəsinin üzvü Sureş Kalmadi rüşvət şübhəli bilinərək, tutulub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər