Qış fasiləsi yaxınlaqdıqca komandaların heyətlərindəki dəyişikliklər də maraq doğurmağa başlayıb. Fanat.az xəbər verir ki, mövsümə uğursuz başlayıb slonroadan özünə gələn "İnter"dən gedəcək futbolçular artıq böyük öçlüdə m üəyyənləşib.
Baş məşqçi Kaxaber Tsxadadze yay transfer pəncərəsinin sonunda heyətə qoşulan Joao Paulonun xidmətində maraqlı deyil. Bunun nəticəsidi braziliyalı müdafiəçi cəmi Premyer Liqa oyununda meydana çıxıb.
Yayda komandaya qoşulan daha iki futbolçu Mikel Alvaro və İlço Naumoski də gedənlər sırasındadı. Tsxadadze narazı olduğu ispan yarımmüdafiəçi və makedoniyalı yarımmüdafiəçi bank klubunun heyətində çempionatda cəmi 4 oyun keçirə bilib.
Onlarla yanaşı Daniel Genov da komandadan gedəcək. Ötən mövsüm Premyer Liqada 19 oyun keçirən bolqar yarımmüdafiəçi cari mövsümdə cəmi 2 matça çıxıb. 2010-cu ildə Bolqarıstanın "Kom-Minyor" klubundan ucuz məbləğə alınan 24 yaşlı futbolçunun səviyyəsi Tsxadadzeni razı salmır. Bu səbəbdən gürcü mütəxəssis Danieli qara siyahısına salıb.
Legionerlərlə birlikdə komandanı tərk edəcək bir yerli futbolçu da müəyyənləşib. Rumıniyanın "Petrolul" klubundan ayrıldıqdan sonra vətənə dönən müdafiəçidən çox şey gözlənilirdi. Lakin Kaxa bir müddət milliyə də çağırılmış futbolçuya debüt şansı vermədi. Elhad "İnter"i əsas komandada debüt etmədən tərk edəcək.
Fanat.az