"Biz bu matçın təxirə salınmasını tələb etdik. UEFA nümayəndələri ilə matçdan öncə danışdıq. Amma heç kim bizi dinləmədi. Roberto Mançini də bu matçın keçirilməsinin təhlükəli olacağını dedi. Mən də onun fikri ilə razı idim". Fanat.az xəbər verir ki, bu sözləri "Qalatasaray"la oyundan sonra "Yuventus"un baş məşqçisi Antonio Konte deyib.
İtalyan mütəxəssis fasilədə yenidən hakimlə danışdığını bildirib: "Fasilədə yenidən hakimin yanına getdim və bu şərtlər altında matçın keçirilməsinin düzgün olmadığını dedim. Didye Droqba isə hər iki komanda üçün şərtlərin eyni olduğunu bildirdi. Amma mən bunun belə olmadığını söylədim. Çünki biz futbol oynamağa çalışırdıq".
Konte 0:1 hesabı ilə uduzduqları matçın nəticəsini ədalətli hesab etmir: "Bizim səhvimiz hər şeyi son matça saxlamağımız oldu. Əminəm ki, normal qazonda öz oyunumuzu oynaya bilərdik. Bu şərtləri təxminə edə bilmədik. Bu üzdən məğlubiyyəti ədalətli nəticə hesab etmirəm. Ancaq yenə də biz həyatı özümüz üçün çətinləşdirdik".
"Çamur tarlasında oynanılan bir matçdan danışırıq. Qazonla bağlı danışmağa söz tapmıram. Məni əsəbiləşdirən məqam odu ki, dünən hakim futbolçuların həyatını təhlükəyə atmamaq üçün oyunu dayandırdı. Bu gün isə bir anda təhlükə aradan qalxdı. Bəlkə mən ingilis dilini daha yaxşı öyrənməliyəm. Yəqin hakim məni başa düşməyib" deyə Konte əlavə edib.
Fanat.az