İslamiada: Dünya çempionu Azərbaycana 25-ci "qızıl"ı qazandırdı

İslamiada: Dünya çempionu Azərbaycana 25-ci "qızıl"ı qazandırdı

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kikboksinq millisi ilk qızıl medalını qazanıb.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən Fanat.Az-a verilən xəbərə görə, dünya çempionu, XI Ümumdünya Oyunlarının qalibi Bəhram Rəcəbzadə (low kick, +91 kq) finalda Türkiyə idmançısı Kadir Yıldırımı məğlub edib.

Bundan başqa, Amil Məmmədov (full contact, 51 kq) da bürünc medal qazanıb.

Bəhram Rəcəbzadənin nailiyyəti Azərbaycanın İslamiadada qazandığı 25-ci qızıl medal olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər