İslamiada: Azərbaycan kikboksçularından daha bir "qızıl"

İslamiada: Azərbaycan kikboksçularından daha bir "qızıl"

Azərbaycan kikboksçuları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 3-cü qızıl medalı qazanıb.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, dünya çempionu Anar Məmmədov (low kick, 57 kq) finalda Türkiyə idmançısı Hatip Emlekə qalib gəlməklə İslamiadanın qalibi olub.

Digər dünya çempionu Ramal Aslanov (low kick, 75 kq) finalda Ünal Alkayışa (Türkiyə) uduzub.

Saqi Salehli (full contact, 75 kq) isə finalda Mahmud Xayotova (Özbəkistan) uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu gün Elvin Ağayev (full contact, 86 kq) də final görüşünə çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər