Bu gün Avropa Liqasının qrup mərhələsində V turun oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, dünən yarımçıq dayandırılan "Estoril" (Portuqaliya) - PSV (Hollandiya) matçı bu gün davam etdirilib.
Belə ki, ötən gecə Bakı vaxtı ilə 00.05-də startı verilən qarşılaşmanın ilk yarısı oynanılsa da, ikinci hissə əlverişsiz hava şəraiti üzündən baş tutmamışdı. Qarşılaşmanın ikinci yarısı bu gün Bakı vaxtı ilə saat 20.00-da start götürüb. Dünən keçirilən birinci hissədə 5 qol vurulmuş və meydan sahibləri 3:2 hesablı qələbə qazanmışdı. Bu gün yalznız PSV fərqlənib və oyun 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, qrupun digər oyununda "Dinamo" (Moskva, Rusiya) "Panatiniakos"u (Yunanıstan) 2:1 hesabı ilə yenib.
Avropa Liqası
Qrup mərhələsi
V tur, 28 noyabr
E qrupu
Estoril (Portuqaliya) - PSV (Hollandiya) 3:3
Qollar: Toze, 12. Kuça, 30. Amado, 39 - Depay, 6. Narsinq, 14. Viynaldum, 82.
1 | Dinamo Moskva | 5 | 5 | 0 | 0 | 8:3 | 15 |
2 | PSV | 5 | 2 | 2 | 1 | 8:7 | 8 |
3 | Estoril | 5 | 1 | 1 | 3 | 6:7 | 4 |
4 | Panatinaikos | 5 | 0 | 1 | 4 | 5:10 | 1 |
Fanat.az