İbrahim Şehiç: "Səhvə yol verməməliyik"

İbrahim Şehiç: "Səhvə yol verməməliyik"
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç "Dnepr"lə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransına qatılan bosniyalı qolkiper bunları deyib: 
"Avropanın ən güclü komandalarından birinə qarşı oynayacağıq. Ona görə də taktiki cəhətdən səliqəli oynamalıyıq. "Dnepr"in ötən il Avroliqadakı, eləcə də çempionatdakı "Çernomorets"lə oyununa baxmışam. Uğurlu nəticəyə nail olmaq üçün səhvə yol verməməliyik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər