I divizionda XIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Günün yeganə oyununda "Lokomotiv" "Mil-Muğan"ı qəbul edib. 5 qolun vurulduğu oyunda meydan sahibləri 3:2 hesablı ilə qələbə qazanıb.
İkinci oyun günündə daha 3 matç baş tutub. "Turan Tovuz" evdə "Şahdağ"ı darmadağın edib - 5:0. "Rəvan" doğma meydanda "Kəpəz"ə 4:1 hesabı ilə qalib gəlib. "Qaradağ Lökbatan" isə səfərdə "Göyəzən"i 3 cavabsız qolla yenib.
Qalan dörd matç bu gün keçirilib. "Şuşa" evdə "Energetik"i 5:0 hesabı ilə darmdağın edib. MOİK "Bakılı"ya 3:1, "Neftçala" "Şəmkir"ə 2:0 hesabı ilə qalib gəlib. Turun son oyununda isə "Zirə" və "Ağsu" üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatıb.
I divizion
2014/15 mövsümü
I dövrə, XIII tur
26 noyabr
Lokomotiv - Mil-Muğan 3:2
Qollar: Bayram Əliyev, 7 (avtoqol). Salman Altuxanov, 68. Rəşad Piriyev, 78 - Miralı Səfiyev, 41. Elnur Soltanlı, 56.
27 noyabr
Turan Tovuz - Şahdağ 5:0
Qollar: Aqşin Sadıqov, 5; 16; 90. Seymur Tağıyev, 25. Tuqay Alhüseynli, 49.
Rəvan - Kəpəz 4:1
Qollar: Amil Yunanov, 16. Əli Bağırov, 20. Məmməd Quliyev, 41. Anar Babayev, 44 - Ramil Həşimzadə, 5-pen.
Göyəzən - Qaradağ Lökbatan 0:3
Qollar: Aydın İslamov, 13. İlham Allahverdiyev, 65. Əbülfəz Hüseynli, 75.
28 noyabr
Şuşa - Energetik 5:0
Qollar:
Morteza Heydari, 21; 50; 67. Huşa Bahaciputaşka, 24; 40.MOİK - Bakılı 3:1
Qollar:
Röyal Nəcəfov, 11; 35; 39 - Asəf Zeynalov, 73.Neftçala - Şəmkir 2:0
Qollar:
David Canalidze, 22. Səftər Qafarov,71 (avtoqol).Zirə - Ağsu 1:1
Qollar:
Tural Adıgözəlov, 76 - Fərmayıl Əliyev, 15.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Neftçala | 13 | 10 | 2 | 1 | 30-6 | 32 | |
| 2 | Rəvan | 13 | 9 | 2 | 2 | 30-10 | 29 | |
| 3 | Qaradağ L. | 13 | 9 | 2 | 2 | 21-6 | 29 | |
| 4 | Ağsu | 13 | 9 | 2 | 2 | 28-10 | 29 | |
| 5 | Turan T. | 13 | 9 | 1 | 3 | 31-9 | 28 | |
| 6 | Zirə | 13 | 7 | 4 | 2 | 21-9 | 25 | |
| 7 | Şuşa | 13 | 7 | 1 | 5 | 25-11 | 22 | |
| 8 | Şahdağ | 13 | 5 | 5 | 3 | 13-14 | 20 | |
| 9 | Bakılı | 13 | 6 | 1 | 6 | 28-19 | 19 | |
| 10 | Kəpəz | 13 | 5 | 3 | 5 | 16-13 | 18 | |
| 11 | MOİK | 13 | 3 | 2 | 8 | 10-25 | 11 | |
| 12 | Lokomotiv | 13 | 3 | 1 | 9 | 10-21 | 10 | |
| 13 | Energetik | 13 | 2 | 2 | 9 | 13-32 | 8 | |
| 14 | Mil-Muğan | 13 | 2 | 0 | 11 | 7-37 | 6 | |
| 15 | Şəmkir | 13 | 1 | 3 | 9 | 7-29 | 6 | |
| 16 | Göyəzən | 13 | 1 | 1 | 11 | 6-45 | 4 | |
|
Bombardirlər | Asif Zeynalov (Bakılı), Morteza Heydari (Şuşa) - 10. Ramil Əliyev (Bakılı), İlham Allahverdiyev (Qaradağ Lökbatan), Ramil Həşimzadə (Kəpəz) - 8. Rəşad Piriyev (Lokomotiv) - 7. | |||||||
Fanat.az