I Avropa oyunlarının rəsmi loqosu təqdim olundu

I Avropa oyunlarının rəsmi loqosu təqdim olundu
I Avropa oyunlarının rəsmi loqosu təqdim olunub. Fanat.az xəbər verir ki, toplantı ilə eyni vaxtda Roma və Madriddə analoji tədbir keçirilib. İtaliya paytaxtında təşkil olunan yığıncaqda gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak ediblər.
 
Bakıda təşkil olunmuş təqdimetmə mərasiminə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidenti Xəzər İsayev, olimpiya çempionları Fərid Mansurov, Zemfira Meftəhəddinova, Namiq Abdullayev, loqonun tərtibatçısı Adəm Yunisov və digər rəsmi şəxslər qatılıblar.
 
Öncə ölkəmizin tanıtım videoçarxı nümayiş olunub. Sonra loqonun tərtibatçısı çıxış edib. Müəllif işi ilə bağlı bunları deyib: “Loqo bizə bağlı və milli olan 5 elementi - xalı, alov, dalğa, Simurq quşu və narı özündə əks etdirir. Mən bununla Azərbaycan xalqının birinci dəfə keçiriləcək Avropa Oyunlarına olan həvəs və istəyini ifadə etmək, fikirdə və idmanda yenilikçi və ilhamlandırıcı olmaq istədim. Bu həmin ideyanı əks etdirən əlamətdar bir loqodu".
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər