Premyer Liqanın XII turunun “İnter” - “Xəzər Lənkəran” matçının 79-cu dəqiqəsində “Xəzər Lənkəran”nın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra stadionun dəhlizində “Xəzər Lənkəran”ın idman direktoru Yunis Hüseynov və “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze bir-birini təhqir etdiklərinə görə hər ikisi 5 oyun cəzalanıb, hər iki klub 5000 manat cərimə olunub.
Maraqlıdır, bu cəriməyə klubun reaksiyası necədi? “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu publika.az-a açıqlamasında qərarla razı olmadıqlarını bildirib. Klub rəsmisi Yunis Hüseynovla Kaxaber Tsxadadzenuin eyni cəzaya məruz qalmasını düzgün addım hesab etmir: "Əlbəttə, verilən bu qərar bizi razı sala bilməz. Yunis Hüseynovun Kaxaber Tsxadadze ilə eyni cəzaya layiq görülməsini düzgün hesab etmirəm. Məsələ düzgün araşdırılmayıb. Kaxaber Tsxadadze üzünü bizim məşqçilər korpusuna doğru tutaraq, etik qaydalara sığmayan hərəkət edib. Elə hər şey bundan sonra başlayıb. Yunis müəllim niyə durduğu yerdə problem çıxartsın? Demək olar ki, bütün klublar İntizam Komitəsinin qərarlarından narazıdılar. Bu haqda danışmaqdan yorulduq. Ancaq heç bir şey dəyişmir. Qərardan şikayət edib-etməyəcəyimə gəldikdə isə, bu, hələ məlum deyil”.
Fanat.az