“Atletiko”da forma geyən Arda Turanla bağlı yayılan transfer xəbərləri artmaqda davam edir. Türkiyəli futbolçunun “Qalatasaray”a keçəcəyi bildirilir.
Lakin növbəti bir iddia isə İngiltərə mətbuatından gəlib. İngiltərə mətbuatı Ardanın “Arsenal” tərəfindən bəyənildiyini qeyd edib. Hətta “topçular”ın futbolçu üçün 26 milyon funt-sterlinqindən keçəcəyi də deyilir. Ardanın baş məşqçi Arsen Venger tərəfindən bəyənildiyi də bildirilir.