Georgi Nikolov: "Etto kişi kimi davranmadı"

Georgi Nikolov: "Etto kişi kimi davranmadı"

"İnter"in rəsmi saytı klub prezidenti Georgi Nikolovun növbəti yazısını yayımlayıb. Fanat.az xəbər verir ki, klub rəhbəri "Bakı"yla oyunda baş verənlərə aydınlıq gətirib. 

Nikolov "Bakı" - "İnter" matçında meydan sahiblərinin futbolçusu Ettonun "İnter"in oyunçusu Baçana Tsxadadzeni dirsəyi ilə vurduğu epizoda münasibət bildirib: "Bilərəkdən gözlədim ki, səs-küy səngisin sonra açıqlama verim. Çünki, emosional vaxtı elə bir söz işlədə bilərsən ki, səni yanlış anlayarlar. Baçananın zədələndiyi epizoda gəlincə, yumşaq desək Etto kişi kimi davranmadı. Vurmusan, vurmusan! Heç olmasa üzr istə. Üzr istəmədinsə, bu artıq idmançıya yaraşan hərəkət deyil".

 

Klub prezidenti "İnter"in mühafizəçisinin jurnalistə göstərdiyi təzyiqə də açıqlama gətirib: "Oyundan sonra Baçananı təcili tibbi yardım maşınına apararkən də olanlar mənə çatmadı. Mən jurnalistləri başa düşürəm, onlar Baçananın o vəzyətdə şəklin çəkmək istəyirlər. Çünki, onların media orqanın reytinqi belə şeylərdən asılıdı. Ancaq onlar Baçanaya tibbi müdaxilənin olmasına mane olurdular. Hər halda futbolçunun sağlamlığı daha vacibdi. Ümumiyyətlə o fotoları yayımlamaq da etik deyil. Bəli, mühafizəçi jurnalistləri ordan uzaqlaşdırdı. Lakin o, heç kimi təhdid etməyib. O, həkimin istəyi ilə jurnalistlərdən çəkliməyi xahiş edib. Mən özümdə hadisə zamanı yaxınlıqda idim. Mühafizəçi də olsa, o sərt insan deyil. Əksinə çox xeyirxah insandı".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər