Georgi Haci yaşıl meydanlarda olduğu kimi turizm sektorunda da uğur qazanmağa davam edir. Fanat.az xəbər verir ki, rumıniyalı veteran futbolçunun sahibi olduğu IAKI adlı otel ona yaxşı pul qazandırıb.
4 ulduzlu otelin otaqları üç ay - iyun, iyul və avqust aylarında demək olar həmişə dolu olub. Nəticədə Haci 1.6 milyon avro qazanıb. Hələ başa çatmayan avqust ayında işləri daha yaxşı gedən veteran futbolçunun yayın sonunadək daha çox qazanması gözlənilir.
ZF.ro saytının məlumatına görə, otelin 122 otağı var və ümumi tutumu 244 nəfərdi. Haci 1999-cu ildə aldığı oteldən ən yaxşı gəliri məhz bu il əldə edib.