Fransa hökumətindən ayrı-seçkilik

Fransa hökumətindən ayrı-seçkilik
Fransa hökməti ayrı-seçkilik edib. Fanat.az xəbər verir ki, "Monako" klubu vergilərdən azad olunub.
Belə ki, yeni vergi qanuna əsasən ildə 1 milyon avrodan artıq qazananlar 75 faiz vergi verəcək. Bu qanun bütün klublar kimi Fransadan ayrı müstəqil Monako knyazlığını təmsil edən eyniadlı komandaya da şamil olunacağı gözlənilirdi. 
Amma dünən Fransa hökuməti fərqli qərar qəbul edərək "Monako"nu bu vergidən azad edib. Fransa hökumətinin büdcədən məsul nazipi Bernard Kazeneuve qərarı belə izah edib: "Fransa sərhədlərindən kənarda qurulan bir şirkəti vergi qanuna tabe edə bilməzdik. Bu konsitutsiyaya zidd addım olardı".
Fransanın digər komandalarının bu qərara qarşı çıxacağı gözlənilir. Çünki bundan sonra "Monako" rəqiblərinə nəsbətən ulduz futbolçuların transferində bir addım öndə olacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər