"Mançester Yunayted"in sabiq kapitanı Roy Kin Aleks Ferqyusonla bağlı şok açıqlamalar verib. Fanat.az xəbər verir ki, veteran futbolçu şotland mütəxəssisin eqoist insan olduğunu bildirib.
Kin bildirib ki, Ferqyuson təqaüdə çıxmağına baxmayaraq hələ də "Mançester Yunayted"ə nəzarət etməyə çalışır: "Getməsinə baxmayaraq hələ də kluba nəzarət etməyə hazırlaşır. O həmişə hamıdan güclü olmağa çalışır. Bunun arxasında isə eqoizm durur".
Ferqyusonun avtobioqrafiyasında özünü öyməsi barədə danışan veteran futbolçu "Belə şeylər məni həmişə narahat edir. İnsanların özləri haqqında belə fikirlər səsləndirməsi ürək bulandırır. Bu paçtalyonu məktubları gətirdiyinə görə tərifləmək kimi bir şeydi" deyib.
2005-ci ildə klubun kanalında komanda yoldaşlarını tənqid etdikdən sonra "Mançester Yunayted"dən ayrılan irland futbolçu həmin günləri belə xatırlayıb: "Əlbətdə çox üzüldüm. Hətta maşınımda iki dəqiqə dayanmadan ağladım. Amma özümə "həyat davam edir" deməyi ldə unutmadım. Heç nəyim yox idi. Zədələnmişdim və heç bir klubla müqaviləm yox idi. Klub prezidenti David Gillə zədəli olduğum vaxtlarda belə "Mançester Yunayted" üçün oynadığımı dedim. Bir neçə ilə daha rahatlıqla oynaya bilərdim".
Dəfələrlə "Mançester Yunayted"dən ayrılmaq barədə düşündüyünü bildirən Kin başqa klublardan daha sərfəli təkliflər aldığını deyib: "Bavariya" və "Yuventus"a transferin bir addımlığında idim.ö Amma "Mançester Yunayted"də qalmağa qərar verdim. Həvəsli idim, həm də bir az qorxurdum. Xaricə üz tutmadığım üçün peşman deyiləm. Amma fərqli bir komandada oynamaq yaxşı təcrübə olardı".
Fanat.az