Futbol üzrə Türkiyə PTT Birinci Liqasında yeni mövsümün ilk turunun oyunları keçirilib. Fanat.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Kahramanmaraşspor” klubu da ilk matçına bu gün çıxıb.
Azərbaycan millisinin sabiq hücumçusu Fərid Quliyev və Murad Axundzadənin heyətində yer aldığı bu komanda səfərdə “Bucaspor”la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.
Fərid 73-cü dəqiqədə meydana çıxıb və bundan cəmi bir dəqiqə sonra komandası fərqi azaldıb. Lakin Axundzadə meydana buraxılmayıb.