Fatih Terim reklamdan milyon qazandı

Fatih Terim reklamdan milyon qazandı
Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim yenidən kamera qarşısına keçib. Fanat.az xəbər verir ki, "İmperator" ləqəbli mütəxəssis reklam filmində rol alıb. Terimlə yanaşı, məşhur müğənni Gülben Ergen də bir internet saytının reklamına çəkilib.
Fatih Terim sonuncu dəə 1995-ci ildə bir şokalad firmasının reklamına çəkilmiş və onun burda işlətdiyi "Hey arkadaş sağ ol" replikası uzun illər yaddaşlardan silinməmişdi. Türkiyə millisinin baş məşqçi bu dəfəki reklam filmindən böyük məbləğ qazanıb. İddialara görə, "İmperator"a bu reklama görə 1 milyon ödənilib. Gülben Ergen isə reklam filminə görə 500 min dollar alıb.
Qeyd edək ki, Fatih Terim "Milan"da işlədiyi vaxt bir GSM firmasının reklamına çəkilmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər