Portuqaliya yığmasının Ermənistan və Argentina ilə oyunlar üçün heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Fernando Santos 24 futbolçuya dəvət göndərib.
Baş məşqçi 2010-cu ildən sonra "Trabzonspor"dan Jose Boşinqvanı ilk dəfə heyətə salıb. Əvəzində "Fənərbaxça"dan Meyreleş, "Qalatasaray"dan Bruma və "Cesena"da forma geyinən Hüqo Almeyda milliyə çağırılmayıb.
Qeyd edək ki, Portuqaliya oktyabrın 14-də Ermənistanla seçmə mərhələ matçına, 4 gün sonra Argentina ilə yoxlama oyununa çıxacaq.
Qapıçılar: Antoni Lopes (Olimpik Lion, Fransa), Beto (Sevilya, İspaniya), Rui Patrisio (Sportinq).
Müdafiəçlər: Tyaqo Qomes (Braqa), Kedrik Suares (Sportinq), Jose Boşinqva (Trabzonspor, Türkiyə), Bruno Alveş (Fənərbaxça, Türkiyə), Jose Fonte (Sautqempton, İngiltərə), Pepe (Real, İspaniya), Rafael Querreyro (Loryan, Fransa), Rikardo Karvalyo (Monako, Fransa).
Yarımmüdafiəçilər: Adrien Silva, Joao Mario, Vilyam Karvalyo (üçü də "Sportinq"), Andre Qomes (Valensiya, İspaniya), Joao Moutinyo (Monako, Fransa), Tyaqo Mendes (Atletiko, İspaniya).
Hücumçular: Eder (Braqa), Nani (Sportinq), Rikardo Kuareşma (Portu), Kriştiano Ronaldo (Real, İspaniya), Danni (Zenit, Rusiya), Helder Poştiqa (Deportivo, İspaniya), Vieyrinya (Volfsburq, Almaniya).
Fanat.az