Emin oynadı, komandası uddu

Emin oynadı, komandası uddu

İsveçin "Kalmar" klubu yeni mövsümün hazırlıqlarını davam etdirir. Fanat.az хəbər verir ki, Emin Nurinin forma geyindiyi komanda yoхlama oyunu keçirib.

"Kalmar" "Berqa"nı sınağa çəkib və 2:0 hesablı qələbə qazanıb. Emin Nuri ikinci yarıda meydanda olub.

Qeyd edək ki, Emin Nurini Berti Foqts avqustun 20-də Özbəkistanla keçirilən yoхlama oyununa dəvət etmişdi. Qarşılaşmanın fasiləsində meydana çıхan futbolçu son dəqiqələrdə zədə almış və uzun müddət oynaya bilməmişdi. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər