“Əlbəttə ki, çempionluqdan əlimizi üzməmişik. Tək mən yox, hamımız mayda qızıl medalları almaq şansımızın az olmadığını bilirik”. Bu sözləri Fanat.az-a açıqlamasında “İnter”in yarımmüdafiəçisi Elvin Məmmədov deyib.
“Neftçi”ni 2:0 hesabıyla məğlub etdikləri oyunda özünü yaxşı tərəfdən göstərən milli üzvü sonadək döyüşəcəklərini vurğulayıb: “Neftçi”ni məğlub etdiyimiz üçün şadam. Düzdü, çox da baxımlı oynamadıq. Amma istədiyimiz nəticəni qazandıq. “Qarabağ” liderdi və çox güclü rəqibdi. Zirvəyə yüksəlmək üçün sonadək döyüşəcəyik. “Qarabağ”la keçirəcəyimiz oyunlarda vəziyyəti dəyişmək olar. Bir sözlə, sonadək döyüşəcəyik. Təslim olmağı ağlımızdan keçirmirik. İndidən çempionluqdan əlimizi üzsək, meydana çıxmağa motivasiya tapmarıq”.
Fanat.az