Dünyanın ən zəif millisi ilk qələbəsini qazandı

Dünyanın ən zəif millisi ilk qələbəsini qazandı

Butanın milli yığması öz tarixində birinci qələbəni qazanıb. Fanat.az xəbər verir ki, bu barədə FIFA prezidenti Yozef Blatter öz "Twitter" səhifəsində yazıb.

Belə ki, 2018-ci il Dünya çempionatının təsnifat mərhələsində Butan Şri-Lanka ilə üz-üzə gəlib və meydandan minimal hesablı qələbəylə ayrılıb - 1:0. 

Qeyd edək ki, Butan yığması FIFA-nın reytinqində sonuncu yerdədi. Komanda reytinq cədvəlində 209-cu pillədə qərarlaşıb. Şri-Lanka isə reytinq cədvəlində 174-cü pillədədi.

Butan Cənubi Asiya ölkəsidi. 742 min əhalisi olan ölkənin yığması ilk oyununu 1982-ci ildə Nepala qarşı keçirib. Komanda tariхinin ən böyük hesablı məğlubiyyətini 2000-ci ildə Küveytdən alıb - 0:20.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər