Ukraynanın "Dnepr" klubunun hücumçusu Nikola Kaliniç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Qarabağ" üzərindəki 2:1 hesablı qələbə haqqında danışıb. Fanat.az xəbər verir ki, Azərbaycan çempionunun qapısından keçirilən hər iki qolun müəllifi qələbəyə layiq olduqlarını bildirib.
Xorvatiyalı forvard azərbaycanlı fanatları həmyerliləri ilə müqayisə edib: "Yaxşı, maraqlı oyun alındı. Ağır qələbə qazandıq və vacib 3 xal əldə etdik. Sevinirəm ki, hər şey bizim üçün yaxşı qurtardı. Bu oyun bizim üçün son şans idi və sevindiricidi ki, biz bundan maksimum faydalana bildik. "Qarabağ"ı və stadiondakı atmosferi çox bəyəndim. Dolu tribunalar qarşısında oynamaq xüsusi zövq verdi. Azərbaycanlı azarkeşlər mənə xorvatiyalıları xatırlatdı".
Fanat.az