DÇ-2014-ün bütün iştirakçıları

DÇ-2014-ün bütün iştirakçıları
Gələn il Braziliyada keçiriləcək dünya çempionatının bütün iştirakçıları müəyyənləşib. Fanat.az xəbər verir ki, son vəsiqəyə Uruqvay millisi sahib çıxıb.
1930 və 1950-ci illərdə dünya çempionu olmuş cənubi amerikalılar qitələrarası play-off mərhələsində İordaniyanı sıradan çıxarıb. İlk oyunda 5:0 hesablı qələbə qazanan komanda ötən axşam evdə heç-heçəyə (0:0) razılaşıb və mundiala vəsiqə əldə edib.
Qeyd edək ki, DÇ-2014-ün 32 iştmrakçısından 13-ü Avropanı, 5-i Afrikanı, 5-i Cənubi Amerikanı, 4-ü Asiyanı, 4-ü Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsi ölkələrini təmsil edir. Braziliya yığması isə ev sahibi kimi mundiala vəsiqə əldə edib.
DÇ-2014-ün iştirakçıları
Ev sahibi: Braziliya.
Avropa: Belçika, İtaliya, Almaniya, Hollandiya, İsveçrə, Rusiya, Bosniya və Hersoqovina, İngiltərə, İspaniya, Yunanıstan, Xorvatiya, Portuqaliya, Fransa.
Afrika: Qana, Əlcəzair, Nigeriya, Kamerun, Kot`D-İvuar.
Asiya: İran, Cənubi Koreya, Yaponiya, Avstraliya.
Cənubi Amerika: Argentina, Kolumbiya, Çili, Ekvador, Uruqvay.
Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsi: ABŞ, Kosta-Rika, Honduras, Meksika.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər