DÇ-2014-ün final mərhələsinin püşkatma mərasimi dekabrın Braziliyanın Mata-di-San-Juan şəhərində keçiriləcək. Fanat.az xəbər verir ki, artıq FIFA komandaları səbətlərə bölüb.
Komandalar hər birində 8 komandanının olduğu 4 səbətə ayrılıb. İlk səbətdə yer alan Uruqvay millisinin dünya çempionatında iştirak edəcəyi hələ rəsmiləşməyib. Belə ki, cənubi amerikalılar bu gün qitələrarası play-off qarşılaşmasının cavab matçına çıxacaq və İordaniyanı qəbul edəcək. Uvuqvay ilk oyunda 5:0 hesablı qələbə qazandığından artıq DÇ-2014-ün iştirakçısı hesab olunur.
1-ci səbətdə Uruqvaydan başqa ev sahibi Braziliya, son dünya və Avropa çempionu İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika və İsveçrə yer alıb.
Dünyanın ən yaxşılarından olan və dünya çempionatının favoriti sayılan Hollandiya, İtaliya və İngiltərə kimi komandalar 2-ci səbətdə yer alıb. Millimizlə eyni qrupda mübarizə aparmış Rusiya və Portuqaliyada bu səbətə düşüb.
1-ci səbət: Braziliya, İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika, Uruqvay, İsveçrə.
2-ci səbət: Hollandiya, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Bosniya və Herseqovina, Xorvatiya, Rusiya.
3-cü səbət: Fransa, Çili, Ekvador, Kot`D-İvuar, Qana, Əlcəzair, Nigeriya, Kamerun.
4-cü səbət: Yaponiya, İran, Cənubi Koreya, Avstraliya, ABŞ, Meksika, Kosta-Rika, Honduras.
Fanat.az