Türkiyə Super Liqasında XV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, millimizin üzvü Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" "Çaykur Rizəspor"u qəbul edib.
Sivas təmsilçisi hesabda geri düşdüyü matçda qələbə qazanıb - 3:1. Baş məşqçi Roberto Karlos Cihana bu oyunda şans verməyib. Futbolçumuz matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, 15 turda 26 xal qazanan "Sivasspor" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Fanat.az