Transfer çalışmalarını davam etdirən "Simurq" daha bir futbolçu ilə münasibətləri rəsmiləşdirib. Fanat.az xəbər verir ki, Zaqatala klubu Cihan Özkara ilə rəsmi müqavilə imzalayıb.
İcarə əsasında mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq gənc futbolçu 22 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Cihan Özkara müqavilə əsasında "Sivasspor"a məxsusdu. 2011-ci ildə Almaniyanın "Rot Veyss Ahlen" klubundan "Sivasspor"a keçən hücumçu 2012-ci ildə "Kayseri Erciyesspor"a icarəyə verilib. O, bu mövsüm 3 rəsmi oyuna çıxıb və 171 dəqiqə oynayıb.
"Simurq" transfer çalışmalarını davam etdirir. Yaxın günlərdə danışıqlar müsbət nəticələnərsə daha bir futbolçu ilə rəsmi müqavilə imzalanacaq.
Fanat.az