Cihan Özkara ilk matçda oynamadı

Cihan Özkara ilk matçda oynamadı

Türkiyə Super Liqasında yeni mövsümün ilk turuna yekun vurulub. Fanat.az xəbər verir ki, Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” da ilk matçına çıxıb.

Futbolçumuzun komandası açılış turunda səfərdə “Kayserispor”la üz-üzə gəlib. Görüşün taleyini bir qol həll edib ki, onu da meydan sahibləri vurublar.

Cihan bu oyunun iştirakçısı olmayıb. Baş məşqçi Roberto Karlos ona 18-likdə yer versə də, meydana buraxmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər