Cəmşidin komandası Mahir Şükürovu məyus etdi

Cəmşidin komandası Mahir Şükürovu məyus etdi

Türkiyənin PTT 1-ci liqasında XVII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Cəmşid Məhərrəmovun transfer olunduğu "Adanaspor" Mahir Şükürovun forma geyindiyi "Karşıyaka"nı qəbul edib.

Güvənc Kurtarın başçılıq etdiyi Adana təmsilçisi 3:1 hesablı qələbə qazanıb. "Adanaspor"a yeni transfer olunan və adı hələ sifariş ərizəsinə salınmayan Cəmşid Məhərrəmov matçın iştirakçısı olmayıb. Mahir Şükürov isə start heyətində yer alıb və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, "Karşıyaka" 17 turdan sonra 25 хalla turnir cədvəlinin 6-cı, "Adanaspor" 20 хalla 13-cü pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər