Türkiyə Kubokunda 3-cü turun oyunları davam edir. Fanat.az xəbər verir ki, Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" bu gün "Balcova Yasamspor"un qonağı olub.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Elazığspor" kubokda mübarizəni dayandırıb.
Cavid meydana start heyətində çıxıb. Millimizin Norveçlə oyununa dəvət alan futbolçu 90 dəqiqə oynayıb.
Fanat.az