"Milli komandanın baş məşqçisi haqqında çox fikirlər səslənir. Yeni baş məşqçinin təyin olunması İcraiyyə Komitəsinin səlahiyyətindədi. Mənim fikrimcə, Berti Foqts qalmalıdı". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in futbolçusu Vaqif Cavadov deyib.
Cavadov növbəti seçmə mərhələ haqqında fikir bildirib: "Milli komandanın qazandığı nəticələr vacibdi. Son oyunlardakı kimi çıxış etsək, uğur qazanarıq. Növbəti seçmə mərhələdə qrupdan çıxmaq istəyirik".
Hücumçu "İnter"in çempion olmaq istədiyini deyib: "Hər bir idmançıda zədə, yaxşı və yaxud pis mövsüm ola bilər. “İnter” olaraq artıq toparlanmışıq. İlk turlardakı məğlubiyyətlərdən sonra özümüzə gəlmişik, liderlər qrupuna yaxınlaşırıq. Bu mövsüm mükafatçılar sırasına düşmək istəyirik. Əsas hədəfimiz - çempionluqdu. Bu nəticəni qazanmaq üçün həm futbolçular, həm də rəhbərlik əlindən gələni əsirgəmir".
Fanat.az