"Böyük Dəbilqə": Azərbaycan 20-ci yerdə

"Böyük Dəbilqə": Azərbaycan 20-ci yerdə

Cüdo üzrə Azərbaycan yığması Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində ümumi hesabda 20-ci yeri tutub.

Fanat.Az xəbər verir ki, üç gün davam edən yarışa 13 nəfərlik heyətlə qatılan millimiz çıxışını iki bürünc medalla başa vurub. Mükafatlara Balabəy Ağayev (60 kq) və Zelim Tçkayev (81 kq) sahib çıxıblar.

Beləliklə, ölkəmiz ümumkomanda hesabında 20-ci, yalnız kişilərin sıralamasında isə 11-ci olub.

İlk yeri Gürcüstan (2 qızıl, 1 gümüş, 1 bürünc) tutub. Fransa (2-1-1) 2-ci, Çin (2-0-1) üçüncü nəticə göstərib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər