"Kayserispor"un futbolçusu Pablo Mouşenin sevgilisi Vitto Saraviyanın Türkiyəyə köçməyə hazırlaşdığı barədə xəbər vermişdik. Fanat.az xəbər verir ki, argentinalı gözəl artıq Kayseridə iş axtarmağa başlayıb.
Cənubi Amerikanın ən məşhur manikenlərindən olan Vitto Argentinada verdiyi açıqlamada işsiz qalmaqdan qorxduğunu bildirib: "Sevgilim Mouşe də Kayseridə yaşamağımı istəyir. Orda nə iş görəcəyimi bilmirəm, işsiz qalmaqdan qorxuram. Kayseri rəhbərliyindən və iş adamlarından təklif gözləyirəm".
Fanat.az