Bu qız İranda canlı yayımı dayandırdı - FOTOLAR

Bu qız İranda canlı yayımı dayandırdı - FOTOLAR
DÇ-2014-ün püşkatma mərasimində ən diqqətçəkən məqam model Fernanda Lima oldu. Mərasimin aparıcısı olan məşhur modelin qızılı rəngli paltarı və sinə dekoltəsi bütün dünyanın diqqətini çəkdi. Lakin bu durum İranda narazılığa səbəb olub.
Fanat.az xəbər verir ki, yığmanın hansı qrupa düşməsini maraqla gözlənəyən iranlılar gözlənilməz hadisə ilə üzləşib. Belə ki, püşkatmanı efirə verən kanal birdən-birə yayımı dayandırıb. İranın rəqiblərinin müəyyənləşdiyi anı görə bilməyn İran əhalisi televiziya kanalını zəng yağmuruna tutub. Məlum olub ki, bu qədər dərin dekoltə gözləməyən İran dövlət kanalı bir müddət Limanın sinəsini montaj edərək gbstərsə də, sonradan senzura heyəti yayımın kəsilməsinə qərar verib.
Beləliklə bütün dünya futbolsevərləri komandalarının rəqiblərini canlı yayımda öyrənərkən iranlılar bundan məhrum olub. Bu vəziyyətdən narahat olanq iranlı aparıcı cərəsiz şəkildə "texniki heyət bu anı canlı yayımlamaq üçün əlindən gələni edir. Amma durumu bilirsiniz" deməklə vəziyyətdən çıxmağa çalışıb.
Yayımın dayanmasının səbəbini öyrənən iranlılar acıqlarını Limanın "Facebook" hesabından alıblar. Cənub qonşularımız məşhur modelin səihfəsinə "Fahişə, sənin üzündən püşkatmanı izləyə bilmədik" mesajları göndəriblər. 
Bunu görə bir qrup iranlı isə "Facebook" Limadan həmyerlilərinin sözlərinə görə üzr istəyiblər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər