Bir ölkənin milli komandası yoxa çıxdı - ŞOK XƏBƏR

Bir ölkənin milli komandası yoxa çıxdı - ŞOK XƏBƏR
Bir ölkənin milli komandası yoxa çıxıb. Fanat.az xəbər verir ki, Eritreya milli komandasının baş məşqçisi Ömər Əhməd və 8 futbolçusu Şərqi və Sərkəzi Afrika Futbol Federasiyasının (CECAFA) kubokunda iştirak etmək üçün yollandıqları Keniyada itkin düşüb.
İngiltərənin "International Business Times" saytının xəbərinə görə, "qızıldəniz dəvələri" ləqəbli Eritreya milli komandasının iki üzvü ötən həftə yoxa çıxıb. Ardınca isə daha 8 futbolçu və baş məşqçi aradan çıxıb.
Müstəqilliyini elan etdiyi 1993-cü ildən bəri seçki keçirilməyən və 20 ildi İsayas Afeverkinin başçılıq etdiyi iqtidar partiyası tərəfindən idarə olunan ölkə yığmasının mövcud rejimdən qaçdığı bildirilir. Qaçan futbolçulardan biri açıqlamasında "Gizlənirik, çünki Eritreya səfirliyinin polisləri bizi rəsmən ovlayır. Qaçmağımızın səbəbi hər kəsə bəllidi. Bunu təkrar etməyə ehtiyac yoxdu" deyib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Mühacirlər Yüksək Komissarlığı (UNHCR) tərəfindən qoruma altına alınmalarını tələb edən futbolçulardan biri əsas məqsədlərinin təhlükəsizliklərinin təmin olunması olduğunu bildirib: "Əvvəlcə təhlükəsizliyimizdən əmin olmalıyıq. Sonradan demokratik bir ölkəyə gedə bilərik".
Qeyd edək ki, ötən ilin dekabr ayında Eritreya milli komandasının 17 futbolçusu və həkimi Uqandadan siyasi sığınacaq istəmişdi.
Eritreya Şərqi Afrikanın şimalında yerləşir. Uzun illər İtaliyanın müstəmləkəsi olan ölkə II dünya müharibəsində italyanların məğlubiyyətindən sonra BMT-nin himayəsi altına keçib və 1952-ci ilədək bu vəziyyət davam edir. 1950-ci ilin 2 dekabrında BMT Eritreyanın Efiyopyaya birlişdirməklə bağlı qərar qəbul edib. Lakin bu qərar xalqın istəyi nəzərə alınmadan qəbul olunub. Efiyopyanın tərkibində Muxtar Respublika olan Eritreyada azadlıq mübarizəsi 1962-ci ildən 1991-ci ilədək davam edib. 1993-cü ildə isə BMT referendum keçirərək bu ölkəni Efiyopyadan ayırıb. 
Eritreya vətəndaşların hökumət tərəfindən zorakılığa məruz qalması və heç bir səbəb olmadan həbs edilməsi, hüquqlarının məhdudlaşdırılması halları gündəlik həyat tərzinə çevirilib. Əhalinin ölkədən qaçmağa çalışmasının əsas səbəblərindən biri də qadın və kişilərin 18-55 yaş aralığında məcburi hərbi xidmət keçməsidi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər