Benuahi və Nildo AZAL-a qayıdır?

Benuahi və Nildo AZAL-a qayıdır?

Zohair Benuahi və Junior Nildonun qışda "Xəzər Lənkəran"ı tərk edəcəyi ilə bağlı xəbərlər yayılıb. Fanat.az xəbər verir ki, mərakeşli və braziliyalı futbolçuların AZAL-a dönəcəyi deyilir.

Xəbərə "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun reaksiyası belə olub: "Nildo və Benuahi ilə müqaviləmiz var. Həmin futbolçuların heyətdən göndərilmələri ilə yayılan informasiya əsassızdı. Həmin futbolçular "Xəzər Lənkəran"ın gələcək planlarına daxildilər".

Qeyd edək ki, AZAL-ın baş məşqçisi Vaqif Sadıqov bildirib ki, əgər Nildo və Benuahi "Xəzər Lənkəran"dan ayrılsalar, AZAL-ın qapılarını onlar üçün açacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər