Baş nazirdən Ronaldoya dəstək

Baş nazirdən Ronaldoya dəstək
İspaniyanın baş naziri Mariano Rajoy Kriştiano Ronaldoya dəstək verib. Fanat.az xəbər verir ki, baş nazir FIFA-nın "Qızıl top" (Ballon d`Or) mükafatına portuqaliyalı ulduzu layiq gördüyünü bildirib.
İspaniya dövlət nazirinə danışan Rajoy "hər zaman "Real" azarkeşi olmuşam. Səs hüququm olsaydı Ronaldonu seçərdim" deyib.
Rajoy Ronaldonun İsveçlə matçdakı çıxışı barədə də danışıb: "İsveçə 3 qol vurdu. Möhtəşəm oyun sərgilədi. Ronaldo meydanda bütün qüvvəsini sərf edən futbolçudu".
Baş nazir "Qızıl top" uğrunda Ronaldonun əsas rəqibləri olan Lionel Messi və Frank Riberi barədə də danışıb: "Messi də gözəl mövsüm keçirib. Riberi isə bütün kubokları qazanıb. Çətin seçim olacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər