İtalıyanın keçmiş baş naziri Silvio Berluskoni yetkinlik çatmayan bir qızla cinsi əlaqədə olduğu üçün 7 il həbs cəzası alıb. Fanat.az xəbər verir ki, Milan məhkəməsi keçmiş baş nazirə verilən 7 il həbs cəzasının əsl səbəbini belə açıqlayıb:
"Berluskoni nəğd pul və dəyərli zinət əşyaları müqabilində Rubi B. adı ilə tanınan əsl adı Kerimə El Mahruk olan həyat qadını ilə birlikdə olub. Həmin qızın hələ 18 yaşı tamam olmayıb. Bununla yanaşı baş nazir bir neçə dəfə özünəməxsus Arcora villasında "Bunqa Bunqa" partiləri ilə sistemli şəkildə fahişə əyləncələri təşkil edib".
Əməlinin üstü açıldıqdan sonra şahidləri susdurmaq üçün onlara rüşvət verən Silvio Berluskoninin senatorluqdan azad edilməsi üçün noyabrın 27-də Senatda səsvermə keçiriləcək.
Fanat.az