Azərbaycanın iki kikboksçusu İslamiadanın finalında

Azərbaycanın iki kikboksçusu İslamiadanın finalında

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 2 kikboksçusu finala yüksəlib.

Azərbaycan Kikboksinq Federasiyasından Fanat.Az-a verilən məlumata görə, təmsilçilərimizdən Rəhim Əliyev (low kick, 71 kq) və Bəhram Rəcəbzadə (low kick, +91 kq) adlarını finala yazdırıblar. Final görüşləri sabah keçiriləcək.

Elxan Əliyev (full contact, 71 kq), Qəşəm Məmmədov (low kick, 67 kq), Arzuman Qədimov (low kick, 63,5 kq) və Aysu Devrişova (56 kq) isə çıxışlarını bürünc medalla başa vurublar.

Qeyd edək ki, İslamiadada kikboksinq yarışları son günədək - avqustun 18-dək davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər