Azərbaycanın bədii gimnastları Misirdəki turnirə yollanıblar

Azərbaycanın bədii gimnastları Misirdəki turnirə yollanıblar

Azərbaycanın bədii gimnastları Misirin paytaxtı Qahirədəki "Pharaohs Cup" beynəlxalq turnirində iştirak edəcəklər.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, gənclərdən ibarət yığma, fərdi gimnastlar Nuray Əhmədzadə və Şəms Ağahüseynova, eləcə də qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova yarışa yollanıblar.

Qeyd edək ki, "Pharaohs Cup" 9-11 iyunda təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər