"Qarabağ" və "Zirə" komandaları arasında keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Mayın 27-də Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma FIFA referisi Elçin Məsiyevə həvalə olunub.
27 may (cümə)
19:00. “Qarabağ” – “Zirə” Qəbələ şəhər stadionu Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu Ehtiyat köməkçi hakim: Kamran Bayramov Hakim-inspektor: Frits Ştuxlik AFFA nümayəndəsi: Erkin Hüseynov