Azərbaycan birinciliyi başlayır

Azərbaycan birinciliyi başlayır

Bu gün gənc cüdoçular arasında Azərbaycan birinciliyinə start verilir.

Fanat.Az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi  və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. 

Birincilikdə Bakı və Sumqayıt şəhərlərindən, həmçinin ölkənin müxtəlif regionlarından olan klub, cəmiyyət və idman təşkilatlarından 300-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.

3 gün davam edəcək ölkə birinciliyində qızlar -44, -48, -52, -57, -63, -70,  -78, +78 kq, oğlanlar isə -55,-60, -66, -73, -81, -90, -100, +100 kq çəki dərəcələrində  güclərini sınayacaqlar. 

Yarışda 2002-2004-cü il təvəllüdlü idmançılar iştirak edəcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər