Azarkeş əməliyyatda

Azarkeş əməliyyatda

Bakıdakı Tofiq Bəhrəmov adına stadionda keçirilən "Qarabağ" "Dnepr" matçında üzərinə dəmir qapı aşaraq yaralanan azarkeş Samir Mirzəyev bu gün əməliyyat ediləcək. Fanat.az xəbər verir ki, bunu Anspress-ə açıqlamasında "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib.

Onun sözlərinə görə, əməliyyat 10-15 dəqiqədir ki, başlayıb. "Həkimlər Samirin əməliyyatının 1 saat çəkəcəyini deyiblər".

N.İbrahimov əməliyyatdan əvvəl Samirlə danışdığını və vəziyyətinin normal olduğunu deyib. "Rahat söhbət edirdi. İndi Samirin əməliyyatdan çıxmasını gözləyirik. İnanırıq ki, hər şey yaxşı olacaq".

Xatırladaq ki, noyabrın 6-sı UEFA Avropa liqasinin qrup mərhələsi çərçivəsində "Qarabağ"-"Dnepr" oyununu keçirilib. 11-ci sektorda oyunu izləyən "Qarabağ" azarkeşi Samir Mirzəyevin üzərinə dəmir qapı aşıb. Onun kəllə-beyin travması aldığı, oma və diz sümüyünün sındığı bildirilmişdi. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər