Türkiyənin PTT 1-ci liqasında XI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Ayaz Mehdiyevin çıxış etdiyi "Giresunspor" "Antalyaspor"u qəbul edib.
Girusun təmsilçisi 2-ci pillədə qərarlaşan komanda ilə "sülh"ə razılaşıb - 1:1. Ayaz yenə oynamayıb. PTT 1-ci liqada debüt etməyən futbolçumuzun adı bu dəfə də "18-liy"ə salınmayıb.
Qeyd edək ki, "Giresunspor" 11 turda 10 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Fanat.az