Ayaz Mehdiyev "Giresunspor"dan ayrılacaq? - açıqlama

Ayaz Mehdiyev "Giresunspor"dan ayrılacaq? - açıqlama
"Oynamamağımın səbəbini bilmirəm. Hələ ki, baş məşqçi oynatmır". Bu sözləri Fanat.az-a Türkiyənin "Giresunspor" klubunda çıxış edən Ayaz Mehdiyev deyib.
Yayda türk klubuna transfer olunan gənc futbolçumuz PTT 1-ci liqada debüt etməyib. Ayaz əsas komandanın heyətində kubokda meydana çıxsa da, çempionatda forma şansı qazanmayıb. Mövsümün əvvəlində formada qalmaq üçün U-21 komandasının heyətində meydana çıxan futbolçu artıq gənclərlə də oynamır. Mehdiyev bunun səbəbini belə izah edib: "Düzdü, əvvəl U-21-in heyətində oynayırdım. Həmin komandaya getmək üçün baş məşqçidən icazə almaq lazımdı. Baş məşqçiyə deyib gedirdim. Amma sonradan bunu etmədim. Yəni U-21-də oynamaq futbolçunun özündən asılıdı. Həm də U-21 əsas komanda ilə eyni gündə oynayır. Bu səbəbdən də meydana çıxıb-çıxmayacağını bilmirsən".
Ayaz komandanın yeni baş məşqçisi ilə oynamamasının səbəbi barədə söhbət etmədiyini deyib: "Baş məşqçimiz yenicə dəyişib. Hələ onunla söhbətim olmayıb".
Hələ heç bir klubdan təklif almayan Mehdiyev komandasını dəyişib-dəyişməyəcəyini bilmir: "Komandanı tərk edib-etməyəcəyimi bilmirəm. Qarşıdakı oyunlarda çox şey dəyişə bilər".
"Giresunspor" PTT 1-ci liqanın 10 turunda cəmi 8 xal toplayıb. Ayaz komandasının uğursuz çıxışından da danışıb: "Heyətimiz zəif deyil. Sadəcə bəzi oyunlarda şanssızlıq oldu, heç nədən xallar itirdik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər